Chery Tiggo 7 modelini təqdim edib FOTO


Digərləri 12 Dek 2019 22:30:00 143 0

Chery Tiggo 7 modelini təqdim edib  FOTO

Chery markası Quançjouda keçirilən avtosalonda Tiggo 7 modelini təqdim edib. Krossover "yumşaq" hibridə çevrilməklə yanaşı, böyümüş ölçülərə və üç displeyi olan ön panelə sahib olub. Chery Tiggo 7 modelinin qabarit uzunluğu 4500 mm, eni - 1842 mm, hündürlüyü isə 1746 mm olub. Beləliklə, yeni krossover sələfindən 68 mm uzun, 5 mm enli, 8 mm hündür olub. Modelin təkər bazası da 20 mm genişlənərək 2670 mm bərabər olub.

Digər yeniliklər isə yeni arxitekturaya malik olan interyer və genişləndirilmiş avadanlıq siyahısıdır. Tiggo 7 virtual cihazlar panelinə, iqlim sisteminin sensorlu idarəetmə blokuna və transmissiyanın qeydə alınmayan dəstəyinə sahib olub.

Son.az autograph.az-a istinadən bildirir ki, Tiggo 7 krossoverinin mühərrik çeşidinə 156 at qüvvəsi və 230 Nm fırlanma anı hasil edən 1,5-liltrik mühərrik və yeni 1,6-litrlik TGDi turboaqreqatı daxildir. Yeni mühərrik 197 at qüvvəsinə və 290 Nm fırlanma anına malikdir. 1,5-litrlik mühərrik 6-pilləli mexaniki və ikimuftalı "robotla" tandemdə çalışır. Yeni tubomühərrik isə yalnız 7-pilləli preselektiv qutu ilə təchiz ediləcəkdir. Chery Tiggo 7 yalnız öndən çəkiş sistemi ilə təklif edilir. Gələcəkdə 2,0-litrlik mühərrikin və hibrid güc qurğusunun təklif ediləcəyi də gözlənilir.