WiFi 6 testləri tamamlandı: Saniyədə 10Gb fayl yükləmək mümkün olacaq


Digərləri 12 Dek 2019 21:50:00 109 0

WiFi 6 testləri tamamlandı: Saniyədə 10Gb fayl yükləmək mümkün olacaq

Wi-Fi sürətini daha stabil edən yeni protokol Wi-Fi 6-nın testləri tamamlandı. Bu yeni texnologiya ilə birliktə artıq daha Wi-Fi üzərindən daha yüksək sürətlərə, daha az gecikmə ilə çatmaq mümkün olacaq. Tamamlanan testlərdə 6 millisaniyədən daha az gecikmə ilə 700 Mbps sürətə çatmaq mümkün oldu. Bu texnologiyanın maksimum dəstəklədiyi sürət isə 10 Gb/saniyə-dir. Yəni növbəti illərdə bu texnologiya təkminləşdikcə 10 Gb həcmində faylları saniyələr ərzində yükləmək mümkün olacaq.

AT&T, Qualcomm, Intel, LG, China Mobile və Ericsson kimi şirkətlərin üzv olduğu Wireless Broadband Alliance (WBA), Wi-Fi 6 testlərini tamamladı.

Son.az technote.az-a istinadən bildirir ki, ilk testlər Mettis AeroSpace ərazisində edildi. Bu ərazi Boeing, AirBus və Rolls Royce şirkətlər tərəfindən istifadə edilir. Buranın seçilməsinin əsas səbəbi isə siqnallara maneə yaradacaq ünsürlərin maksimum olmasıdır. Test zamanı 27 hektarlıq bir əraziyə Wi-Fi 6 şəbəkəsi quruldu. İnternet sürətini yoxlamaq üçün isə yüksək həcmli fayllardan istifadə edildi. Nəticədə 6 millisaniyə gecikmə ilə 700 Mbps sürətə çatıldı.