MercedesAMG One hiperkarının problemləri aradan qaldırılıb FOTO


Digərləri 12 Dek 2019 21:01:00 125 0

MercedesAMG One hiperkarının problemləri aradan qaldırılıb  FOTO

2017-ci ildə debüt etmiş Mercedes-AMG One hiperkarı alıcılara bu il çatdırılmalı idi. Lakin, yaranmış texniki çətinliklər istehsalçısını hiperkarın buraxılışını qeyri müəyyən müddətə təxirə salmağa məcbur edib. Bu günlərdə AMG nümayəndələri bütün çətinliklərin öhdəsindən gəldikləri və avtomobilin perspektivləri barədə açıqlama veriblər.

Mercedes-AMG bölməsinin satış şöbəsinin rəhbəri Mixael Kneller Los Ancelesdə keçirilən avtosalonda Road&Track nəşrinə  hiperkarın alıcılara 2021-ci ildə çatdırılacağını söyləyib.

Son.az autograph.az-a istinadən bildirir ki, Mercedes-AMG One modelinin başlıca problemi onun əsas üstünlüyü - Formula 1 bolidindən götürülmüş 1,6-litrlik mühərriki olub. Yarış mühərrikini ümumi istifadə yollarına buraxılmış avtomobil üçün adaptasiya etmək o qədər də asan olmayıb. Ən böyük çətinliklərdən biri sərbəst  dövrələrdə 5000 dövr/dəqiqə ilə işləməyə adət etmiş mühərriki 1200 dövr/dəqiqədə çalışmağa "öyrətmək" olub.

Bundan başqa, mühərrik səs-küy üzrə qəbul edilmiş normalara cavab verməli idi. Üstəlik, mühərrik paddokda istifadə edilən mürəkkəb üsulla deyil, adi düyməyə basmaqla işə düşməli idi. Əlbəttə ki, mühərrik üç yarışı deyil, ən azından 50 min kilometrllik yürüyüşü təmin etməlidir. Nəhayət, ekoloqları da yaddan çıxarmaq lazım deyil.