Cinsi zəifliyi aradan qaldırır, insult riskini azaldır


Digərləri 12 Dek 2019 21:02:00 125 0

Cinsi zəifliyi aradan qaldırır, insult riskini azaldır

Küncütün faydalı və müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur.

Son.az medicina.az-a istinadən küncütün faydalarını təqdikm edir:

-Əvvəllər küncüt və küncüt yağı ilə sonsuzluğu, cinsi zəifliyi müalicə edirdilər. Küncüt qadın və kişi cinsiyyət sistemləri üçün həqiqətən çox faydalıdır. Bu bitki güclü afrodiziakdır (cinsi həvəsi artıran məhsul), həmçinin onun tərkibində olan fitoestrogenlər qadın dölyaratma sisteminin fəaliyyətinə çox müsbət təsir edir.

-Küncüt qanda "pis" xolesterolun və şəkərin səviyyəsini aşağı salmaq xüsusiyyətinə malikdir.

-Küncütün tərkibində güclü antioksidant "sezamin" var. Bu maddə xərçəngin profilaktikasında effektlidir.

-Toxumların tərkibində olan yağlı turşular ürək-damar sisteminin sağlamlığı üçün çox faydalıdır, insult və infarktın riskini azaldır.

-Küncüt immun sistemini möhkəmləndirir. Bu məqsədlə küncütün balla qarışığı istifadə olunur. Bu faydalı qarışıq insanı qripp və soyuqdəymə xəstəliklərindən qoruyur, orqanizmə yaxşı iltihab, virus və mikrob əleyhinə təsir edir.