Almaniyada mülk alan azərbaycanlılar çoxalır


Digərləri 12 Dek 2019 21:05:00 141 0

Almaniyada mülk alan azərbaycanlılar çoxalır

Almaniyada 2017-ci ildə kommersiya xarakterli daşınmaz əmlaka 57,3 milyard dollar investisuya yatırılıb.

Son.az fed.az-a istinadən bildirir ki, xarici ölkə vətəndaşlarının bu investisiyada payı az deyil.

Təkcə 2018-ci ildə xarici ölkə vətəndaşlarının Almaniyada daşınmaz əmlaka yatırdıqları vəsait 25 milyard avronu keçib və 2017-ci illə müqayisədə 45% artıb. Maraqlıdır ki, keçmiş Sovet respublikalarından, o cümlədən Azərbaycandan əmlak alıcılarının sayı artmaqdadır.

"Bizim Ukraynadan, Qazaxıstandan və Azərbaycandan kifayət qədər çox alıcımız var"-deyə "Tranio" əlan şirkətinin ofis rəhbəri Boris Eliasson deyib.

O, azərbaycanlı müştərilərinin, digər post sovet sakinləri kimi əmlakı ilk növbədə Berlində almağa meyl etdiklərini açıqlayıb. Paralel olaraq, Şərqi Almaniyanın Leypsiq, Maqdeburq, Yena şəhərlərinin də maraq kəsb etdiyini xatırladıb.