Elmar Məmmədyarov Latviyanın xarici işlər naziri ilə görüşüb


Siyasət 12 Dek 2019 20:47:51 160 0

Elmar Məmmədyarov Latviyanın xarici işlər naziri ilə görüşüb

Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində Latviyanın Xarici İşlər naziri Edqars Rinkeviçs ilə görüşdü.

Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Edqars Rinkeviçs ilə görüşüb.

XİN-dən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Latviya arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunuq ifadə olunub və gələcək inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüş zamanı tərəflər iqtisadi, ticarət, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib, eləcə də Azərbaycan və Latviya arasında tezliklə hökumətlərarası birgə əməkdaşlıq komissiyasının iclasının keçirilməsi barədə razılıq əldə ediblər.

Elmar Məmmədyarov Azərbaycan ilə Latviya arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində, eləcə də Avropa İttifaqı ilə səmərəli əməkdaşlığın olduğunu qeyd edərək ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirib.

Edqars Rinkeviçs iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və siyasi dialoqun davamlı şəkildə aparılması məqsədilə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin son vəziyyəti barədə həmkarına məlumat verən nazir Elmar Məmmədyarov Latviyanın ikitərəfli və çoxtərəfli müstəvilərdə münaqişənin nizamlanması ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dəstəkləməsinin yüksək qiymətləndirildiyini bildirib.

Edqars Rinkeviçs Latviyanın münaqişənin sülh yolu ilə beynəlxalq hüququn prinsipləri, xüsusilə ərazi bütövlüyü və suverenlik əsasında həllini dəstəklədiyini diqqətə çatdırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Azərbaycan və Latviya xarici işlər nazirlərinin mətbuat konfransı keçirilib.

Daha sonra hər iki nazirin rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə “Azadlıq” abidəsinin önündə əklil qoyma mərasimi keçirilib. MərasimdəLatviya və Azərbaycan himnləri səsləndirilib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək