"Çirkli ölkə"nin sakinləri ayağa qalxdı


Dünya 12 Dek 2019 20:34:00 137 0

"Çirkli ölkə"nin sakinləri ayağa qalxdı

Qırğızıstanın paytaxtı Bişkekdə hava çirklənməsinə qarşı etiraz aksiyası keçirilir.

Son.az Trend-ə istinadən bildirir ki, şəhərin mərkəzi meydanına toplaşmış onlarla sakin şəhərdə aparılan nizamsız tikinti işlərinin qadağan olunmasını və yaşıllıq zonalarının artırılmasını tələb edib.

Bəzi etirazçılar "Smoq, çıx get" yazılı şüarlar nümayiş etdirir.