Abşeronda üçmərtəbəli ev yanıb


Digərləri 12 Dek 2019 20:00:39 131 0

Abşeronda üçmərtəbəli ev yanıb

Abşeron rayonunda yaşayış evi yanıb.

Bakı. Abşeron rayonunda yaşayış evi yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Görədil kəndində ümumi sahəsi 510 kv.m olan üçmərtəbəli mansarda tipli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.