"Nüranə deyirdi ki, namaz qılıram, sakit durun, yoxsa sizi dağlayacam"


Digərləri 12 Dek 2019 19:24:00 187 0

"Nüranə deyirdi ki, namaz qılıram, sakit durun, yoxsa sizi dağlayacam"

Bir neçə gündür ögey ananın iki azyaşlıya işgəncə verməsi ictimaiyyətin qəzəbinə səbəb olub. 

Son.az APA-ya istinadən xəbər verir ki, anaları körpəykən vəfat edən Qulu və Hüseyn Kazımov qardaşları analığın və atanın onlarla qəddar davranıçlarından danışıblar.

Ögey anasının döydüyü, işgəncələrə məruz qalan 6 yaşlı Qulu əsasən qardaşı Hüseynin daha çox işgəncələrə məruz qalmasını və Nuranənin hansı səbəblə onları döyməsini bu sözlərlə ifadə edib:

"Nuranə bıçağı qızdırıb, qardaşım Hüseynin ayağına dağ basmışdı. Deyirdi, mən namaz qılanda səs eləməyin. Hüseynin əlini deşib duzlu suya basır, əlinə duz tökürdü. Yemək yeyəndə ağzımıza istiot tökürdü. Bütün bunlardan atamızın da xəbəri vardı. Deyirdi ki, yaxşı edir sizi döyür.