Etiraz aksiyaları səbəbindən Fransaya turist axını azalıb


Sosial 12 Dek 2019 18:26:21 98 0

Etiraz aksiyaları səbəbindən Fransaya turist axını azalıb

​Fransada keçirilən etiraz aksiyaları nəticəsində ölkəyə gələn turistlərin sayı kəskin şəkildə azalıb.

Fransada keçirilən etiraz aksiyaları nəticəsində ölkəyə gələn turistlərin sayı kəskin şəkildə azalıb.

“Report”un Fransa bürosu xəbər verir ki, etiraz aksiyalarının 8-ci günü nəqliyyatın iflic vəziyyətə düşməsi səbəbindən ölkə paytaxtındakı otellərdə ləğv olunan rezervasiyaların sayı 30%-i ötüb.

Dekabrın 5-dənetibarən təqaüd sistemində islahatlara qarşı keçirilən etiraz aksiyalarının Milad bayramı və hətta Yeni ilə qədər davam edəcəyi ehtimal olunur. Belə olan halda, otellərdəki rezervasiyaların 70%-ə qədər azalacağı gözlənilir.

Qeyd edək ki, aksylar başlayandan etibarən Fransada, xüsusilə paytaxt Parisdəkikommersiya məntəqələrinin yarıdan çoxu dövriyyələrinin kəskin azaldığını bildiriblər.

Vüsalə Əliyeva