Putin Lujkovla belə vidalaşdı
Dünya 12 Dek 2019 17:54:00 132 0
Dekabrın 10-da dünyasını dəyişən Moskvanın sabiq meri Yuri Lujkovla vida mərasimi keçirilib.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Xilaskar Xristos məbədində keçirilən mərasimi Moskva və Bütün Rusiyanın patriarxı Kirill idarə edib.
18 il Moskvaya rəhbərlik etmiş Lujkovla vidalaşmağa Rusiya Prezidenti Vladimir Putin, Müdafiə naziri Sergey Şoyqu, Mosvanın hazırkı meri Sergey Sobyanin, Dövlət Dumasının spiekri Vyaçeslav Volodin daxil olmaqla bir çox rəsmi şəxs gedib.
O, Novodeviçi qəbiristanlığında, sovet yazıçısı və şairi Sergey Mixalkovun məzarının yanında dəfn olunub.
Mənbə: milli.az