Ağstafada əl qumbaraları tapılıb


Sosial 12 Dek 2019 17:27:34 138 0

Ağstafada əl qumbaraları tapılıb

Ağstafa rayonunda&əl qumbaraları tapılıb.

Ağstafa rayonundaəl qumbaraları tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, dekabrın 12-dəAgentlik tərəfindən Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində aparılan təmizləmə əməliyyatları zamanı 2 ədəd F-1 əl qumbarası aşkar olunub.

Əl qumbaralarının üzərində partladıcısının (UZRQM) olmasını və korroziyaya uğramısını nəzərə alaraq, əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə aidiyyatı tədbirlər görülərək, Agentliyin mütəxəssisləri tərəfindən Ağstafa rayon Polis şöbəsinin və yerli icra nümayəndəsinin iştirakı ilə yerində zərərsizləşdirilib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək