Bakıda Pakistan vətəndaşı küçədə döyüldü


Digərləri 12 Dek 2019 17:12:00 122 0

Bakıda Pakistan vətəndaşı küçədə döyüldü

Bakıda əcnəbi vətəndaş naməlum şəxs tərəfindən döyülüb.

Bakı. Samir Əli - Bakıda əcnəbi vətəndaş naməlum şəxs tərəfindən döyülüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda baş verib. Pakistan vətəndaşı, 1978-ci il təvəllüdlü Asoqullah Saxeda Jan Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq bildirib ki, gecə saatlarında Səbail rayonu, M.Hüseyn küçəsi, 2 ünvanının qarşısında tanımadığı şəxslər tərəfindən döyülüb.