Mərkəzi Gömrük Hospitalında ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib


Digərləri 12 Dek 2019 17:09:00 127 0

Mərkəzi Gömrük Hospitalında ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib

Mərkəzi Gömrük Hospitalında ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib.

Bakı. Mərkəzi Gömrük Hospitalında ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib. Hospitaldan Trend-ə verilən məlumata görə, tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov və Hospitalin kollektivi iştirak ediblər. Tədbir iştirakçıları ulu öndərin xatirəsini 1 dəqiqəlik sükütla yad ediblər. Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan səhiyyəsinə etdiyi töhfələrdən danışıb. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, ümumi cərrah Aynur Səfiyeva, ümumi cərrah Namiq Novruzov, cərrah transplantoloq Mircəlal Kazımi və tibb bacısı Şəfəq Tanrıverdiyeva ulu öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafı, Azərbaycan həkimlərinin milli kadr kimi yetişməsi üçün yaratdığı şəraitdən danışıblar.