Bakıda evdən çürümüş meyit tapılıb


Digərləri 12 Dek 2019 16:34:00 123 0

Bakıda evdən çürümüş meyit tapılıb

Bakıda evdən meyit tapılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Rayon sakini Telegina Tatyana Andreyevnanın çürümüş meyiti evindən aşkarlanıb. Meyit qonşuların kəskin qoxu hiss etməsindən sonra müəyyən olunub.

Araşdırma zamanı T.Teleginanın ölümündən 10 gündən çox keçdiyi müəyyənləşib.

Faktla bağlı Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.