“Azəriqaz” qaz kəmərində baş verən qəza şəraitini aradan qaldırır


İqtisadiyyat 12 Dek 2019 15:55:52 193 0

“Azəriqaz” qaz kəmərində baş verən qəza şəraitini aradan qaldırır

​“Azəriqaz” qaz kəmərində baş verən qəza şəraitini aradan qaldırır

Göygöl şəhəri və bir neçə kəndi qazla təchiz edən diametri 530 mm olan orta təzyiqli qaz xətti qaynaq yerindən qırılıb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, buna görə də günorta saatlarından bir qrup abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb. Hazırda təmir işlərinə başlanılıb və yaxın saatlarda bərpa prosesi başa çatdırılacaq.