Avropa Mərkəzi Bankı avrozona banklarına 98 milyard avro kredit verib


İqtisadiyyat 12 Dek 2019 15:20:55 145 0

Avropa Mərkəzi Bankı avrozona banklarına 98 milyard avro kredit verib

Avropa Mərkəz Bankı uzunmüddətli yenidən maliyyələşdirmə əməliyyatları (TLTRO-III) çərçivəsində kredit proqramının ikinci mərhələsini həyata keçirib

Avropa Mərkəz Bankı (ECB) uzunmüddətli yenidən maliyyələşdirmə əməliyyatları (TLTRO-III) çərçivəsində kredit proqramının ikinci mərhələsini həyata keçirib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, qurum avrozona banklarını 97,7 milyard avro kredit verib.

İllik faiz dərəcəsi 0-0,5% arasında dəyişən 3 illik kreditlərə122 bankdan sifariş daxil olub.

Xatırladaq ki, ilk "TLTRO-III" əməliyyatı bu il sentyabrın 19-da həyata keçirilmışdı.