Rusiya Almaniyanın iki diplomatını “arzuolunmaz şəxs” elan etdi


Dünya 12 Dek 2019 15:24:00 110 0

Rusiya Almaniyanın iki diplomatını “arzuolunmaz şəxs” elan etdi

Almaniyanın Rusiyadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, səfir Almaniyanın dekabrın 4-də iki Rusiya diplomatını "arzuolunmaz şəxs" elan etməsinə etiraz olaraq XİN-ə dəvət olunub.

Rusiya Almaniyanın bu ölkədəki səfirliyinin iki nəfər əməkdaşını "arzuolunmaz şəxs" elan edib. Onlardan bir həftə ərzində ölkəni tərk etmələri tələb olunub.