Yasin Qarayev: Heydər Əliyev Azərbaycan mədəniyyətinə böyük diqqət göstərib


Digərləri 12 Dek 2019 14:23:00 112 0

Yasin Qarayev: Heydər Əliyev Azərbaycan mədəniyyətinə böyük diqqət göstərib

Bu gün çox sayda teatr adamı Heydər Əliyevin qayğısı nəticəsində yüksək səviyyəyə çatıb

Bakı. Ceyhun Ələkbərov - Bu gün çox sayda teatr adamı Heydər Əliyevin qayğısı nəticəsində yüksək səviyyəyə çatıb. Bunu Trend-ə Azərbaycanın tanınmış teatr və televiziya aktyoru, Xalq artisti Yasin Qarayev bildirib. Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycan sənətinə, mədəniyyətinə daim böyük diqqət göstərib: "Ulu öndər Heydər Əliyev teatrı və incəsənəti sevən birisi olub. Bu gün incəsənətdə çox sayda insan var ki, onlar məhz Heydər Əliyevin qayğısı nəticəsində yüksək səviyyəyə çatıblar. Prezident təqaüdü, fəxri adlar və bu kimi vacib naliyyətləri onun sayəsində əldə ediblər.