“Gecə ovçusu” qəzaya uğradı:


Dünya 12 Dek 2019 13:24:00 181 0

“Gecə ovçusu” qəzaya uğradı:

Rusiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Gecə ovçusu" adlı "Mi-28" vertolyotu qəzaya uğrayıb.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Krasnodar əyalətində təlim-məşq uçuşu yerinə yetirən zaman baş verib.  

Məlumata görə, hava gəmisi ilə əlaqə Korenovskom və Platnirovsk rayonları arasında itib.

İlkin məlumata görə, göyərtədə 2 pilot olub, hər ikisi də dünyasını dəyişib.

Xilasedicilər cəsədlərdən birini kabinədən, digərini isə yerə atılmış vəziyyətdə aşkarlayıblar.