İmişlidə qəza - Piyada xəstəxanada öldü


Digərləri 12 Dek 2019 13:56:00 139 0

İmişlidə qəza - Piyada xəstəxanada öldü

İmişli şəhəri ərazisində “VAZ-21015” markalı avtomobillə şəhər sakini Y.Xammədov vurulub

Bakı. Dekabrın 10-da saat 21 radələrində İmişli şəhəri ərazisində Əliqulular kənd sakini V.Cəfərov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən şəhər sakini Yasin Xammədovu vurub. Nazirlikdən Trend-ə daxil olan məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 11-də orada ölüb. İmişli RPŞ tərəfindən araşdırma aparılır.