Gəncədə qadın qəzaya düşdü, xəstəxanada öldü


Digərləri 12 Dek 2019 13:28:51 129 0

Gəncədə qadın qəzaya düşdü, xəstəxanada öldü

Gəncə şəhəri ərazisində “VAZ-2107” markalı avtomobillə şəhər sakinini vurub

Bakı. Dekabrın 11-də saat 15 radələrində Gəncə şəhəri ərazisində ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Samux rayon sakini R.Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Şəbnəm Əmrahovanı vurub. Nəticədə ağır xəsarət almış piyada xəstəxanada ölüb. Kəpəz RPİ tərəfindən araşdırma aparılır.