Azyaşlının üç yerdən sınan qoluna krem çəkib evə göndərdilər


Dünya 12 Dek 2019 13:09:00 151 0

Azyaşlının üç yerdən sınan qoluna krem çəkib evə göndərdilər

Türkiyənin Osmaniyə vilayətinin Kadirli rayonunda həkimlər qolu sınmış azyaşlını müalicə etməməmiş evlərinə göndəriblər.

On yaşlı dördüncü sinif şagirdi Arda Gökər məktəb divarının üstündən tullananda qolunu sındırıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, təcili yardımla xəstəxanaya çatdırılan şagirdin qoluna sadəcə krem çəkilərək evinə göndərilib.

Gecə səhərə qədər yata bilməyib, ağlayan uşağı səhər yenidən valideynləri həkimə gətirib, onun qolunun üç yerdən sındığı və əməliyyat olunacağı məlum olub.

Əməliyyatdan sonra üç ay müalicəsi davam edəcək uşağın şikəst qala bilmə ehtimalı var.