İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi Azərbaycan hökumətinə təşəkkürünü bildirib (FOTO)


Digərləri 12 Dek 2019 12:39:00 203 0

İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi Azərbaycan hökumətinə təşəkkürünü bildirib (FOTO)

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF-ARM) İdarə Heyətinin iclası keçirilib.

Bakı. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF-ARM) İdarə Heyətinin iclası keçirilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, İdarə Heyətinin sədri Elçin Əsgərov (Azərbaycan), üzvlər Aygül Gabdrahmanova (Rusiya, Tatarıstan), Fsahat Ul-Hassan (Pakistan), Vaciha Haris (Rumıniya), İƏGF-ARM-nin Baş direktoru Elməddin Mehdiyev və müşahidəçi statusunda İƏT Gənclər Forumu Baş direktoru Rasul Ömərovun iştirakı ilə bir neçə gün öncə Bakıda keçirilən iclasda Mərkəzin fəaliyyəti ilə bağlı gündəlikdə duran mühüm məsələlər müzakirə edilib. Eyni zamanda, İdarə Heyəti xüsusi qərarla, son 9 ildə Forumun Avrasiya üzrə Regional Mərkəzinə etdiyi ev sahibliyinə və göstərdiyi mütəmadi və əhəmiyyətli dəstəyə görə Azərbaycan hökumətinə və ölkə rəhbərliyinə minnətdarlıq ifadə edib. Həmçinin, 2004-cü il dekabr ayının 4-də İƏT Gənclər Forumunun Bakıda təsis edilməsinin 15 illiyi ilə əlaqədar qəbul edilən qərarla İƏT platformasında gənclik məsələlərinin institutlaşmasını təmin edən və gəncliyin inkişafını hədəfləyən bu Forumun təsis olunmasında həlledici dəstəyinə və böyük töhfəsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına xüsusi təşəkkür ifadə olunub. Eyni zamanda iştirakçılar İƏGF-ARM ilə tərəfdaşlıq edən qurumlara, eləcə də 2019-cu ildə 2 beynəxalq tədbirin (5-ci Kazan İƏT Gənc Sahibkarlar Forumu və 1-ci Beynəlxalq İƏT Modeli - Avrasiya) uğurla həyata keçirilməsində həmtəşkilatçı qismində iştirak edən Tatarstan (RF) hökumətinə öz təşəkkürünü bildirib.