Tbilisidə parlament yaxınlığında baş verən toqquşmalar zamanı 12 nəfər saxlanılıb


Dünya 12 Dek 2019 11:55:23 141 0

Tbilisidə parlament yaxınlığında baş verən toqquşmalar zamanı 12 nəfər saxlanılıb

Saxlanılanlar arasında müxalif Yeni Gürcüstan Partiyasının lideri Giorgi Vaşadze də var

Gürcüstan polisi paytaxt Tbilisidə parlament yaxınlığında keçirilən etiraz aksiyasının 12 iştirakçısını saxlayıb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Nazirlikdən verilən məlumata görə, onların hamısı polisə itaətsizliyə və kiçik xuliqanlığa görə saxlanılıblar.

Saxlanılanlar arasında müxalif Yeni Gürcüstan Partiyasının lideri Giorgi Vaşadze də var.

Polis bu səhər müxalifət partiyalarının onlarla nümayəndəsinin parlament binasına girişləri bağlamaq cəhdinin qarşısını alıb. Müxalifət liderləri hakim kimi işləyən zaman hakimiyyətin diktə etdiyi bütün qərarlara əməl etdiklərini düşündükləri 19 namizədin Gürcüstan Ali Məhkəməsinə seçilməsinə etiraz olaraq parlamentə gediblər.