FED ABŞ iqtisadiyyatı üçün makroiqtisadi proqnozu yeniləyib


İqtisadiyyat 12 Dek 2019 11:59:47 133 0

FED ABŞ iqtisadiyyatı üçün makroiqtisadi proqnozu yeniləyib

FED ABŞ-ın ÜDM-in artım proqnozunu 2019-cu ildə 2,2%, 2020-ci ildə isə 2% səviyyəsində saxlayıb

ABŞ-ın Mərkəzi Bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) Birləşmiş Ştatların ÜDM-in artım proqnozunu 2019-cu ildə 2,2%, 2020-ci ildə isə 2% səviyyəsində saxlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə qərar FED-in dekabrın 11-də keçirilən iclası zamanı verilib.

ÜDM proqnozu2021 və 2022-ci illər üçün müvafiq olaraq 1,9% və 1,8% səviyyəsində saxlanılıb.

Tənzimləyici həmçinin 2019-cu ildə əsas inflyasiyanın proqnozunu 1,5%, 2020 və 2021-ci ildə isə müvafiq olaraq 1,9% və 2% səviyyəsində saxlayıb. FED 2022-ci ildə əsas inflyasiyanın 2% səviyyəsində olacağnın proqnozlaşdırır.

ABŞ-da işsizlik proqnozu 2019-cu ildə 3,7% -dən 3,6%-ə və 2020-ci ildə isə 3,7% -dən 3,5%-ə endirilib. 2021 və 2022-ci illərdə müvafiq olaraq 3,8%-dən 3,6%-ə və 3,9%-dən 3,7%-ə endirilib.

Qeyd edək ki, dekabrın 11-də FED rəhbərliyinin bu il üçün son iclası baş tutub. Növbəti iclas isə 2020-ci il yanvarın 28-29-na planlaşdırılıb.