Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ümummilli Lider Heydər Əliyevin anım günü keçirilib


Digərləri 12 Dek 2019 11:46:00 164 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ümummilli Lider Heydər Əliyevin anım günü keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ümummilli Lider Heydər Əliyevin anım günü keçirilib

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Nazirliyin inzibati binasındakı Ulu Öndərin büstü önünə əklil qoyub, əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə veriln məlumata görə, dahi rəhbər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi dövrdə gördüyü işlərdən, müstəqil Azərbaycan Respublikasının yaranmasında göstərdiyi əvəzsiz xidmətlərindən danışılıb.