Özbəkistanda benzin və dizel yanacağına aksiz vergisi artırılır


İqtisadiyyat 12 Dek 2019 11:23:05 193 0

Özbəkistanda benzin və dizel yanacağına aksiz vergisi artırılır

2020-ci ildə alkoqol və tütün məhsullarına aksiz vergi dərəcələri iki dəfə artacaq

Gələn ilaprelin 1-dən etibarən Özbəkistanda yekun istehlakçıya satılan benzin, dizel yanacağı, maye qaz və sıxılmış qaza tətbiq olunan aksiz vergisi dərəcəsi artırılacaq.

"Report" Özbəkistan KİV-inə istinadən xəbər verir ki, bu, yaxınlarda Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev tərəfindən imzalanan "2020-ci ilin dövlət büdcəsi haqqında" qanundan irəli gəlir.

Belə ki, benzin, dizel yanacağı və maye qaza tətbiq olunan aksiz vergisi dərəcəsi 22,9%, sıxılmış qaza isə 14,9% səviyyəsində indeksləşdiriləcək.

Bundan əlavə, 2020-ci ildə alkoqol və tütün məhsullarına aksiz vergi dərəcələri iki dəfə artacaq.