Hikmət Hacıyev: Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır


Digərləri 12 Dek 2019 11:37:00 117 0

Hikmət Hacıyev: Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi davam etdirilsə də, Ermənistan yenə də destruktiv siyasətini davam etdirməkdədir.

Bakı. Samir Əli - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi davam etdirilsə də, Ermənistan yenə də destruktiv siyasətini davam etdirməkdədir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır: "İlk növbədə, Ermənistan tərəfindən səsləndirilən ziddiyyətli bəyanatlar danışıqlar prosesinə ciddi şəkildə xələl gətirməkdədir".