İçərisində bir tondan çox kokain olan sualtı qayıq saxlanıldı


Dünya 12 Dek 2019 09:23:00 113 0

İçərisində bir tondan çox kokain olan sualtı qayıq saxlanıldı

Peru Hərbi Dəniz Qüvvələri ölkənin şimal sahillərində Meksikaya üzən və içində bir tondan çox kokain olan sualtı qayıq saxlayıblar.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Meksikanın "Televisa" tele kanalı ölkə prokurorluğuna istinadən xəbər verib.

İki kolumbiyalı, bir meksikalı və bir ekvadorludan ibarət, narkomafiyanın puluna düzəldilən qayığın heyəti həbs edilib. Məlumata görə, saxlanılan kokainin ümumi çəkisi iki tona yaxındı.