Lujkovun ölüm səbəbi dəqiqləşdi


Dünya 12 Dek 2019 08:48:00 144 0

Lujkovun ölüm səbəbi dəqiqləşdi

Moskvanın eks-meri Yuri Lujkovun ölümünə səbəb infarkt olub.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu siyasətçinin müalicə olunduğu Münhenin "Qrosshadern" klinikasının baş həkimi Karl-Valter Yaux açıqlayıb.

Yauxun sözlərinə görə, Lujkovun ürək xəstəliyi olub və onu təcili şəkildə xəstəxanaya çatdırıblar, müayinə ediblər. Müayinə onun bütün vacib damarlarının bağlı olduğunu göstərib. Həkimin sözlərinə görə, onları kateter vaitəsilə açıblar və bundan sonra Lujkovun vəziyyəti yaxşılaşıb, amma tezliklə onda ürəyin koronar damarlarından qanaxma müşahidə olunub. Bir qədər sonra ürək dayanıb.

"O, infarkt keçirmişdi və özünü pis hiss edirdi", - tibb işçisi əlavə edib.