ABŞdan Avropanın enerji təhlükəsizliyinə 1 milyard dollar


Dünya 12 Dek 2019 08:23:00 146 0

ABŞdan Avropanın enerji təhlükəsizliyinə 1 milyard dollar

ABŞ Senat Kongresinin xarici işlər üzrə komitəsi, Avropanın enerji təhlükəsizliyinin təminatı və Rusiyanın rolunun azaldılması məqsədi ilə enerji təchizatı mənbələrinin diversifikasiyası üçün 1 milyard $ ayrılmasına dair qanun layihəsinə razılıq verib. Qanun tam tərkibli Senatın müzakirəsinə təqdim ediləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə komitə sədrinin ictimaiyi və mətbuat əlaqələri üzrə direktoru Süzana Ress deyib.

.Qanun layihəsi həmçinin ABŞ-ın Ticarət və İnkişaf Agentliyinə Avropa ölkələrinə kömək və bu məsələlərlə məşğul olmaq üçün əlavə heyət cəlb etmək üçün 5 milyon dollar ayrılmasınıda nəzərdə tutur. Oxşar qanun layihəsi artıq Konqresin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib.