Avropa İttifaqında “Libra” kriptovalyutasından istifadə qadağan edilib


Digərləri 12 Dek 2019 08:05:00 108 0

Avropa İttifaqında “Libra” kriptovalyutasından istifadə qadağan edilib

Avropa İttifaqının maliyyə nazirləri dekabrın 5-də keçirilən görüşün yekunu olaraq özəl kriptovalyutaların, o cümlədən "Facebook" tərəfindən hazırlanan "Libra" kriptovalyutasının istifadəsinin mümkün riskləri aradan qaldırılanadək onların Aİ-də qadağan edilməsi ilə bağlı razılığa gəliblər.

Son.az ictnews.az-a istinadən bildirir ki, məlumata görə, razılıq Aİ-nin "Libra" və steyblkoinlərə - məzənnə artımının aradan qaldırılması üçün real valyutalarla əlaqəli rəqəmli valyutalara aid digər kriptovalyutaların istifadəyə verilməsini qadağan etmək niyyətində olmasını təsdiq edir.

Nazirlərin yekun bəyanatına görə, Aİ-də steyblkoinlərdən istifadə üzrə hüquqi, normativ və nəzarətedici problemlər müəyyənləşdiriləndən və aradan qaldırılandan sonra onlarla bağlı qlobal sazişlər imzalamaq olar.

Hazırda Avropa Komissiyası kriptovalyutalar sahəsinin tənzimlənməsi üzrə qaydalar üzərində çalışır. Bundan başqa, Avropa Mərkəzi Bankı özəl layihələrə alternativ olacaq kriptovalyuta layihəsi üzərində iş aparır.