FED uçot dərəcəsi ilə bağlı qərarını açıqladı


Digərləri 12 Dek 2019 08:08:00 140 0

FED uçot dərəcəsi ilə bağlı qərarını açıqladı

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FED), ABŞ-ın ÜDM-in artım proqnozunu 2019-cu ildə 2,2%, 2020-ci ildə isə 2% səviyyəsində saxlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə nizamlayıcının saytında bildirilir.

2021 və 2022-ci illər üçün ÜDM proqnozları da müvafiq olaraq 1,9% və 1.8% səviyyələrində saxlanılıb. Nizamlayici həmçinin 2019-cu ildə baza inflyasiyasının proqnozunu 1,5%, 2020 və 2021-ci illərdə - müvafiq olaraq 1.9% və 2% səviyyələrində saxlayıb. 2022-ci ildə Fed baza inflyasiyasını 2% səviyyəsində gözləyir.