UEFA Çempionlar Liqasında növbəti qrup mərhələsi başa çatıb


Digərləri 12 Dek 2019 05:20:22 136 0

UEFA Çempionlar Liqasında növbəti qrup mərhələsi başa çatıb

UEFA Çempionlar Liqasın VI turunun son oyun günündə qruplardakı yekun vəziyyət müəyyənləşib

Bakı. UEFA Çempionlar Liqasın VI turunun son oyun günündə qruplardakı yekun vəziyyət müəyyənləşib. Türkiyənin turnirdəki təmsilçisi "Qalatasaray" Parisdə PSJ-ə məğlub olaraq A qrupunda sonuncu yeri tutub və mübarizəni dayandırıb. Beləliklə, cari Çempionlar Liqasının 1/8 final mərhələsində Avropa çempionatının 5 aparıcı klubları oynayacaqlar. Bunlar İtaliyanın "Atalanta", "Yuventus" və "Napoli", İngiltərənin "Tottenhem", "Mançester Siti", "Liverpul" və "Çelsi", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund) və "Leyptsiq", Fransanın PSJ və "Lion", İspaniyanın "Real Madrid", "Atletiko", "Barselona" və "Valensiya" komandalarıdır. Çempionlar Liqası, Qrup mərhələsi, VI tur, 11 dekabr, A qrupu: 24:00. PSJ (Fransa) - "Qalatasaray" (Türkiyə) - 5:0 Qollar: Mauro İkardi, 33. Pablo Sarabia, 35. Neymar, 46. Kilian Mbappe, 63. Edinson Kavani, 84-pen. 24:00. "Brügge" (Belçika) - "Real Madrid" (İspaniya) - 1:3 Qollar: Hans Vanaken, 55 - Rodriqo, 53. Viniçius Junior, 64. Luka Modriç, 90+1 Xal durumu: PSJ – 16, "Real Madrid" - 11, "Brügge" - 3, "Qalatasaray" - 2. B qrupu: 24:00. "Bavariya" (Almaniya) - "Tottenhem" (İngiltərə) - 3:1 Qollar: Kinqsli Koman, 14. Tomas Müller, 45. Filippe Koutinyo, 64 - Rayan Sessenyon, 20 24:00. "Olimpiakos" (Yunanıstan) - "Srvena Zvezda" (Serbiya) - 1:0 Qol: Yussef əl-Ərəbi, 87 Xal durumu: "Bavariya" - 18, "Tottenhem" - 10, "Olimpiakos" - 4, "Srvena Zvezda" - 3.