Rumıniya prezidenti 12 nəfəri dövlət mükafatlarından məhrum edib


Dünya 12 Dek 2019 05:16:47 117 0

Rumıniya prezidenti 12 nəfəri dövlət mükafatlarından məhrum edib

​Rumıniya prezidenti 12 nəfəri dövlət mükafatlarından məhrum edib

Rumıniya prezidenti Klaus Yohannis 12 nəfərin dövlət mükafatlarından məhrum edilməsi ilə bağlı fərmanlar imzalayıb.

“Report” RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı administrasiyasından bildirilib.

"Rumıniya prezidenti Klaus Yohannis dövlət mükafatlarının geri alınması barədə fərmanlar imzalayıb", - deyə Prezident Administrasiyasının saytında yayılmış xəbərdə bildirilir.

Ölkənin sabiq-baş naziri, korrupsiyaya görə həbs olunmuş Adrian Nestase "Rumıniya Ulduzu" ordenindən məhrum edilib. Ölkənin Ali Məhkəməsinin sabiq üzvü Georq Bukur, keçmiş senator Miron Mitrya, Dövlət Sərmayəsi və Özəlləşdirmə İdarəsinin rəhbəri olmuş Mihay Muça da həmçinin "Rumıniya Ulduzu" ordenindən məhrum ediliblər.

Ölkənin "Sadiq xidmət" ordeni də beş nəfərdən geri alınıb. Dövlət mükafatlarından məhrum olunanlar arasında "Xidmətə görə" ordeni əlindən alınan keçmiş deputat Mirça Muntyan, İrina Jianu və digərləri də var.

Daha əvvəl Yohannis jurnalistlərə bildirib ki, cinayətlərə görə ittiham edilmiş bütün şəxslərdən dövlət mükafatlarını geri almağa qərar verib.