BMT və Fələstin humanitar yardım proqramına başlayır


Digərləri 12 Dek 2019 03:17:15 161 0

BMT və Fələstin humanitar yardım proqramına başlayır

Fələstin hökuməti və BMT 2020-ci ildə Fələstin ərazilərinin sakinləri üçün humanitar yardımların göstərilməsi planı üzrə fəaliyyətə başlayıblar

Bakı. Fələstin hökuməti və BMT 2020-ci ildə Fələstin ərazilərinin sakinləri üçün humanitar yardımların göstərilməsi planı üzrə fəaliyyətə başlayıblar. Trend-in məlumatına görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak deyib. F. Hak bildirib: "Fələstin hökuməti və BMT bu gün İşğal olunmuş Fələstin ərazisində 2020-ci il üçün humanitar fəaliyyət tədbirləri planı çərçivəsində Qəzza zolağı və Qərb Sahilində, o cümlədən Şərqi Qüdsdə 1.5 milyon fələstinliyə kömək üçün 348 milyon dollar toplamasına başlamışdır".