Nigerda yaraqlıların hücumu nəticəsində 60-dan çox adam ölüb


Digərləri 12 Dek 2019 02:16:29 136 0

Nigerda yaraqlıların hücumu nəticəsində 60-dan çox adam ölüb

Nigerın qərbində çox saylı silahlılar dəstəsinin hərbi düşərgəyə hücumu zamanı 60-dan çox adam həlak olub

Bakı. Nigerın qərbində çox saylı silahlılar dəstəsinin hərbi düşərgəyə hücumu zamanı 60-dan çox adam həlak olub. Trend-in məlumatına görə, bu barədə Nigerın silahlı quvvələr strukturlarının rəsmisi xəbər verib. Silahlılar düşərgəni minaatanlarldan atəşə tutublar. İtkilərə səbəb mərmilərin silah-sursat və yanacaq anbarlarına düşməsi olub. Düşərgənin Mali ilə sərhəddə İnat kəndinə yaxın ərazidə yerləşdiyi qeyd edilir. İtkilərin hərbçilər və ya mülki şəxslər arasında olması ilə bağlı rəsmi açığlama verilməyib. Nigerin Mali ilə sərhəd bölgəsində silahlı qüvvələrin mövqeylərinə hücum bu həftə artıq ikincidir. Dekabrın 1-də bir qrup terrorçu Taxua bölgəsində ordu düşərgəsinə hücum etmişdi. Hücum nəticəsində 14 yaraqlı və hökumət qüvvələrinin 3 hərbi qulluqçusu öldürülmüşdü.