Birinci vitseprezident Mehriban Əliyeva: Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm FOTO


Siyasət 12 Dek 2019 00:35:00 122 0

Birinci vitseprezident Mehriban Əliyeva: Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm  FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı paylaşım edib.

Son.az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir: "Bu gün - 12 dekabr - Azərbaycanın və Azərbaycan xalqının həyatında və taleyində silinməz iz qoymuş dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram".