Azərbaycan Rəqs Açıq Kuboku keçirilib (FOTO)


Digərləri 12 Dek 2019 00:17:00 172 0

Azərbaycan Rəqs Açıq Kuboku keçirilib (FOTO)

“Azərbaycan Rəqs Açıq Kuboku 2019” adlı rəqs müsabiqə keçirilib.

Bakı. 8 dekabr Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası təşkilatçılığı ilə Sərhədçi İdman Olimpiya Mərkəzində “Azərbaycan Rəqs Açıq Kuboku 2019” adlı rəqs müsabiqə keçirilib. Trend-in məlumatına görə, yarışmaya təşkilatı dəstək Jam Group komandası tərəfindən göstərilir. Yarışda hip-hop, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriyental, hind və solo rəqslər nümayiş olunub. Əsas mübarizə "Folklor stilizasiya" və "Bollywood" rəqs növlərində olub. Azərbaycan Gənclər İttifaqının İdarə Heyətinin üzvü Əziz Əzizov deyir – "İlk öncə qalibləri,­ iştirakçıları və onların rəhbərlərini təbrik etmək istəyirəm. Bu hamı üçün çox ­böyük və çətin iş idi. Qələbə işin əla görülməsinin ən yaxşı sübutudur. Biz isə­ öz növbəmizdə çalışırıq ki, yarışlara daha çox diqqət olsun. Biz Azərbaycanın gənclərinə göstərmək istərdik ki, rəqsin inkişafı bizim həyatımızda böyük əhəmiyyət daşıyır. Bu sənətin inkişafına təkan vermək və gənc istedadlı rəqqasları müsabiqələrə cəlb etmək istədik. Rəqs - duyğu və düşüncələrin bir ifadəsidir. Rəqs müxtəlif komplekslərdən qurtarmaq, qabiliyyəti genişləndirmək, ictimaiyyətdə qorxunu yox etməkdə kömək edir və istirahət etməyi öyrədir. Rəqs sözsüz ətraf ilə danışmağın, özünə və başqalarına qarşı münasibətin ifadəsidir".