Teztez ağlamaq istəyi... Xanımların DİQQƏTİNƏ!


Digərləri 11 Dek 2019 23:33:00 121 0

Teztez ağlamaq istəyi...   Xanımların DİQQƏTİNƏ!

Qadınlarda davamlı ağlama istəyi menopauzanın əlaməti ola bilər.

Son.az medicina.az-a istinadən xəbər verir ki, bunu türkiyəli doktor Rukiyye.G bildirib. Onun sözlərinə görə, menopauza dönəmini daha rahat keçirtmək üçün fərdi müalicələr mütləqdir.

Qadınların tam yetkinlik dövründən yaşlılığa keçid kimi qiymətləndirilən menopauza, adətən 45-55 yaş aralığında başlayır və estrogen azalması səbəbindən menstruasiyanın sonlanması ilə nəticələnir.

Həkimin sözlərinə görə, ən az bir il menstruasiya olmayan qadınlar menopauza dövrünə girmiş sayılır. Qadınların irq, doğuş sayı, siqaretdən istifadə, keçirdikləri əməliyyatlar, kimya terapiya, raditerapiya və s. həyati hərəkətləri menopauza yaşlarına təsir edir.

Menopauzanın əsas simptomları arasında tez-tez ağlama hissinə qapılma öndə gəlir. Bundan əlavə yuxu pozğunluğu, menstruasiya pozuntuları, depresiya, qıcıqlanma, sümük əriməsi, dərinin və dırnaqların incəlməsi, vaginanın quruması, cinsi əlaqə zamanı ağrı, qaşınma və ya yanma hissi, istilik basması, tərləmə və s. kimi göstəriciləri də vardır.