Beynəlxalq Muğam Mərkəzində Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib (FOTO)


Digərləri 11 Dek 2019 23:31:00 130 0

Beynəlxalq Muğam Mərkəzində Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib (FOTO)

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirib. Trend-in məlumatına görə, tədbirdə Şuranın maliyyə yardımı ilə "Obyektiv" Milli Dəyərlərin Təbliğinə dəstək İctimai Birliyinin hazırladığı "Ölüm hökmü-ömürlük cəza" sənədli filmi ictimaiyyətə təqdim edilib. Tədbiri açıq elan edən Şuranın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud Azərbaycan dövlətinin ardıcıl olaraq apardığı humanist siyasətdən, Ulu öndər Heydər Əliyevin ölüm cəzasını ləğv etməsindən bəhs edən filmin Beynəlxalq insan hüquqları günündə təqdimatının keçirilməsinin təbii qanunauyğunluq olduğunu deyib. "Obyektiv" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, jurnalist Mübariz Əsgərov filmin hazırlanması zərurətindən, ölüm hökmünün ləğvinin məhbuslarda və cəmiyyətdə doğurduğu reaksiyadan danışıb.