Siçan ili kimin üzünə GÜLƏCƏK? İlin sonuna qədər bürclər nələri başa çatdırmalıdır?


Digərləri 11 Dek 2019 23:00:00 237 0

Siçan ili kimin üzünə GÜLƏCƏK?  İlin sonuna qədər bürclər nələri başa çatdırmalıdır?

2019-cu ilin bitməsinə az vaxt qalıb, ayın sonuna qədər problemləri həll etmək lazımdır ki, onları gələn ilə özümüzlə birgə aparmayaq.

Son.az oxucuları bu yazıda hər bir bürc nümayəndəsini, ilin sonuna qədər yoluna qoymalı olduğu məsələlər və onların həll yolları ilə tanış edir.

Qoç

Bu il Qoç bürcündən olanlar üçün çox emosional və enerjili keçib. Od ünsürü nümayəndələrinin uğurlarını nəzərə alaraq, ulduzlar onlara gələn il istirahət etməyi və yeni il tətili təşkil etməyi məsləhət görür. Dekabrın son iki həftəsini yaxınlarınıza sərf edin. Bəlkə də başqa bir ölkəyə səyahət etməyi çoxdan xəyal edirsiniz, özünüzü bu zövqdən məhrum etməyin. Arzularınızı reallaşdırmaq üçün ən yaxşı vaxtdır. İş və karyera onsuz da heç yerə qaçmır.

Buğa

Buğa bürcünün nümayəndələrinin kobud və səbirsiz təbiəti başqalarını tez-tez incidir. Bu bürclərin hər şeyi öz ürəyinə saldığını nəzərə alsaq, əsas şikayətlərin ürəklərində ağır bir yük olması təəccüblü deyil. Odur ki, bu dövrü müsbət notlarla başa vurmaq üçün təsadüfən incitdiyiniz insanlardan üzr istəmək haqqında düşünün. Ümumiyyətlə, 2019-cu ilin dekabr ayı münasibətlərin bərpa olunması və ünsiyyət üçün olduqca əlverişlidir.

Əkizlər

İctimai fəaliyyətə başlamaq üçün uğurlu ildir. Yüksək bir mövqeyə iddialısınızsa və ya öz işinizə başlamaq qərarına gəlmisinizsə, dekabrın sonu belə bir fəaliyyət üçün ideal seçimdir. Unutmayın ki, əsas vəsiqəniz orijinallığımız və səmimiliyinizdir. Dostlarınızdan kömək istəməkdə çəkinməyin. İlin sonu etibarlı dostunuzun və həyatınızda kimin gəldi-gedər olduğunu göstərəcək. Düzgün strategiya hesabına Yeni il öncəsi səylərinizin meyvəsini ala biləcəksiniz.

Xərçəng

İlin son günlərini Xərçəng maliyyə məsələlərinə həsr etməlidir. Yəqin ki, qaytarılmayan borclarınız və ödənilməmiş kreditləriniz var, onları 2020-ci ilə saxlamaq lazım deyil. Gələn il maliyyə problemlərinin yaşanmaması üçün borcları necə tez ödəmək haqqında düşünün. Bundan əlavə, ilin sonu hədiyyələr çox baha olur, odur ki, yaxınlarınıza nə alacağınız barədə diqqətlə düşünün. Bəlkə də əl istehsalı sənət əsərləri sizi digərlərindən ayıran orijinal suvenirlər olacaq.

Şir

2019-cu ilin sonu ətrafınızdakı insanlara kömək etmək üçün əla zamandır. Əgər ətrafınızda köməyə və dəstəyə ehtiyacı olan insanlar varsa, onlara dəstək olun. Tərəddüd etməyin, bu gələcəkdə dəfələrlə qarşılıqlı yardım göstərəcək yeni tanışlar qazanmağa imkan verəcək. Unutmayın, bu il sona çatacaq, alicənablıq və səxavət isə sizə uzunmüddətli üstünlük vəd edir.

Qız

Qız bürcündən olanlar üçün bu il onsuz da kifayət qədər məhsuldar olub, bu uğurlar onların qarşısında gələcək üçün böyük perspektivlər açıb. İlin sonunu dincəlməyə həsr etmək daha yaxşıdır. Əliboş oturmayın, həm öz həyatınızda dəyişiklik etmək, başqa ölkəyə köçmək, həm də ailə qurmaq üçün əlverişlidir. Bu dövrdə maksimum aktivlik göstərin ki, 2020-ci ildə həyatınız daha da yaxşı olsun. İlin sonu inkişafınıza mane olan insanlarla münasibətlərə son qoymaq üçün əla məqamdır. Onlara yox deməyi öyrənin.