Özbəkistanın dövlət orqanlarında kağız üzərində sənədləşmə ləğv ediləcək


Dünya 11 Dek 2019 22:37:00 116 0

Özbəkistanın dövlət orqanlarında kağız üzərində sənədləşmə ləğv ediləcək

Özbəkistanın dövlət orqanlarında kağız üzərində sənədləşmə ləğv ediləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fərman imzalayıb.

Sənədə görə, 2021-ci il yanvarın 1-dən Özbəkistanın dövlət orqanları və təşkilatları mərhələ-mərhələ avtomatlaşdırılmış hesabat sisteminə keçəcəklər.

Təşkilatların rəhbərləri sənədləşmənin və hesabatların elektron qaydada aparılmasına şəxsən məsuliyyət daşıyacaqlar.