Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB


Dünya 11 Dek 2019 22:17:00 116 0

Ərdoğanla Putin arasında telefon danışığı olub  - YENİLƏNİB

​Putin və Ərdoğan Suriyanı müzakirə edəcəklər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

"Report" xəbər verir ki. bu barədə Türkiyə Prezidenti Administrasiyasının açıqlamasında bildirilir.

Qeyd edilir ki, dövlət başçıları Suriyada yaranmış vəziyyəti, həmçinin ikitərəfli əlaqələri müzakirə ediblər.

"Danışıqların gedişatında ikitərəfli əlaqələr, regional məsələlər, ilk növbədə Suriyada yaranmış vəziyyət müzakirə edilib", - deyə açıqlamada bildirilir.

***21:39

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin Suriyada yaranmış vəziyyətimüzakirə edəcəklər.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyiTürkiyə Prezidenti Adminstarsiyasının sözçüsü İbrahim Kalına istinadənməlumat yayıb.

Bildirilir ki, dövlət başçıları arasında telefon danışığı bu axşam olacaq. Söhbətin təfərrüatı, həmçinin danışığın vaxtı açıqlanmıır.