Polislər meyiti qoşquda apardılar FOTO


Digərləri 11 Dek 2019 21:38:00 107 0

Polislər meyiti qoşquda apardılar  FOTO

Polislər meyiti morqa aparmaq üçün qoşqudan istifadə ediblər. Hadisə Başqırdıstan Respublikasında qeydə alınıb.

Son.az bildirir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Fotoda qoşquya qoyulmuş, üzərini qismən qar örtmüş kişi meyiti görünür. "Bu nə heyvani münasibətdir? Heç olmasa üzəri bir şeylə örtüləydi", - deyə yerli sakinlərdən biri yazıb. Sosial şəbəkə istifadəçiləri də fotoya qəzəbli şərhlər yazıblar.