Ali Radadakı davaya görə cinayət işi açıldı


Dünya 11 Dek 2019 21:09:00 108 0

Ali Radadakı davaya görə cinayət işi açıldı

Ukrayna Ali Radasında deputatlar arasında baş vermiş davaya görə cinayət işi açılıb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Kiyev polisinin mətbuat xidmətinin məlumatında deyilir. Qeyd edilir ki, insident "hüquqi və ya ictimai şəxsə qarşı zorakılıq və ya təhdid" kimi dəyərləndirilib. Qeyd olunan ittiham üzrə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözlənilir.

Qeyd edək ki, deputatlar arasında yaranan dava zamanı millət vəkili Andrey Boqdanets beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.