İlk dəfə “Tövrat” orijinaldan Azərbaycan dilinə tərcümə edilib


Kriminal 11 Dek 2019 20:34:00 206 0

İlk dəfə “Tövrat” orijinaldan Azərbaycan dilinə tərcümə edilib

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov ilk dəfə "Tövrat"ı orijinaldan Azərbaycan dilinə tərcümə edib.

İnstitutdan Trend-ə verilən məlumata görə, kitaba "Ön söz"ü Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin müəllimi, professor Nəsrulla Məmmədov və mərhum akademik Vasim Məmmədəliyev yazıblar. Yeni nəşrin məsləhətçisi Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının ravini Avraam Yakubov, rəyçisi BDU-nun Şərqşünaslıq fakültəsinin müəllimi, dosent Gülnarə Abdullayeva, redaktoru isə professor Nəsrulla Məmmədovdur. Kitab Şərqşünaslıq İnstitutunun elmi şurasının qərarı ilə çap olunub.

"Tövrat" dünyanın bir çox dillərinə tərcümə olunub. Lakin Azərbaycan dilində "Tövrat"ın ibri dilindən orijinal mətni ilə müqayisəli şəkildə tərcüməsi mövcud deyil. Gözləmək olar ki, akademik səviyyədə yerinə yetirilən bu tərcümədən sonra Azərbaycan şərqşünaslıq elmində yeni-yeni müqayisəli elmi mövzular və tədqiqat işləri meydana çıxacaq.