Səməd Qurbanov: "Azərbaycan- Rusiya İşgüzar Şurasının yeni tərkibdə ilk iclası gələn ilin əvvəlində keçiriləcək"


İqtisadiyyat 11 Dek 2019 18:57:51 187 0

Səməd Qurbanov: "Azərbaycan- Rusiya İşgüzar Şurasının yeni tərkibdə ilk iclası gələn ilin əvvəlində keçiriləcək"

Səməd Qurbanov: Azərbaycan – Rusiya İşgüzar Şurasının yeni tərkibdə ilk iclası gələn ilin əvvəlində olacaq

"Azərbaycanla Rusiya arasındakı münasibətlərdə iqtisadi əməkdaşlıq öncül əhəmiyyətə malikdir".

“Report” xəbər verir ki, bu barədəAzərbaycan – Rusiya İşgüzar ŞurasınınBakıda keçirilən iclasında İdarə Heyətinin sədri Səməd Qurbanov bildirib.

S.Qurbanovhəmin əməkdaşlığın inkişafında, iki ölkə arasında ticarət dövriyyəsinin artmasında Şuranın fəaliyyətinin əhəmiyyətini qeyd edib.

“Bu il Azərbaycan – Rusiya İşgüzar Şurasının altı iclasını keçirmişik, üzvlərin sayı artıb. Bu gün 145 şirkət və təşkilat Şuranın üzvüdür. Gələn ilin əvvəlində Şuranın yeni tərkibdə ilk iclasını keçirəcəyik”, – Şuranın sədri bildirib.

Onun sözlərinə görə, həmçinin Azərbaycan – Rusiya İşgüzar Şurasının Turizm Komissiyasının da iclası gələn ilin əvvəllərində keçiriləcək.