Respublika Veteranlar Təşkilatında Nərimanov rayon İcra hakimiyyəti ilə birgə Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilib (FOTO)


Digərləri 11 Dek 2019 18:50:00 154 0

Respublika Veteranlar Təşkilatında Nərimanov rayon İcra hakimiyyəti ilə birgə Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilib (FOTO)

Respublika Veteranlar Təşkilatında Nərimanov rayon İcra hakimiyyəti ilə birgə Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilib

Bakı. Respublika Veteranlar Təşkilatının inzibati binasının akt zalında Nərimanov rayon icra Hakimiyyətinin və Respublika Veteranlar Təşkilatının əməkdaşlarının, rayon ictimaiyyətinin nümayəmdələrinin, ziyalıların, veteranların, gənclərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anım mərasimi təşkil edilib. Trend-in məlumatına görə, anım tədbiri Ümummilli lider Heydər Əliyevin büstü önünə gül qoyulması ilə başlandı. Ulu öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Giriş sözü ilə tədbiri açan Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ulu Öndərin Azərbaycan xalqının həyatındakı misilsiz xidmətləri barəsində danışdı. A.Fərzəliyev: Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır”. Çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik C.Xəlilov Ulu öndərin Azərbaycan xalqının tarixində xüsusi iz buraxdığını diqqətə çatdırdı. “Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Heydər Əliyev öz məqsədyönlü fəaliyyəti ilə Azərbaycan dövlətini zamanın ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. Azərbaycanın 1969-cu ildən sonrakı dövrü tarixə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. 1969-1982-ci illərdə ictimai həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir”.